Sevgi Şerleri
Öldürən BaxışlarO süzgün baxışdan öldüm əzizim,
Hər baxışın mənə bir işgəncədir.
Baxışların oldu sevda dənizim,
Gülən baxışların qəlb sevincimdir.
Gözümə zillənib baxanda gözlər,
Sanki bir dikanı battı hər gülün.
Elə ki çəkildi o gülən gözlər,
İndi de əzizim mən necə gülüm.
Bəzən baxışların sevincim oldu,
Kədəri qoymadı bir dəyqə yaxın.
O baxış bəzəndə bir him-cim oldu,
Bəzən ürək deyir bir az çox baxın.
Güldürmə demə ki baxmıram sənə,
Sevən gözlər heç vaxt yalan söyləmir.
Sevirəm denən sən mənə bir dənə,
Gözlər yorulubdur tabda gətirmir.
İlk dəfə gözlərin baxanda mənə,
Bir anlıq qırıldı qolum qanadım.
Elə hey baxırdın mənə,
Sevgi nə deməkmiş onda anladım.
Qələmin bəs dedi gedirəm indi,
Deyir yenə baxar dur get yanına.
Gördüm yenə baxdın qəlbim sevindi,
Gözlərim hey baxır gələn yoluna.
Vəfasızlara
Qoyma bu məhəbbət bitsin kədərlə,
Məni atıb getmə,getmə sevgilim.
Oynama vəfasız sevən ürəklə,
Dikanlı gül olub bitmə sevgilim.
Gün gələr sevgilim səndə sevərsən,
Onda bu sevgilin düşər yadına.
Əl açıb sən məndən sevgi istərsən,
Bilki bu sevgimdə çatmaz dadına.
Yenədə sən düşün gülüm gedərkən,
Nəyə lazım qüssə kədər sevgilim.
Məni ağlar qoydun səni sevərkən,
Eylədin qəlbimi hədər sevgilim.
Eşitdim başqası olub həmdəmin,
O da çox sevməyib tez atıb səni.
Zəng vurub danışdın mənə dərd qəmin,
Sənə dedim axı axtarma məni.
Sən yoxsan
Sən yoxsan işıqlı dünyam qaralıb,
Sən yoxsan qara saçım ağarıb.
Fikrim xeyalım sanki dağılıb,
Ey fikrim xəyalım söylə hardasan?.
Ağlama deməkdən gecələr bezdi,
Sanki gecələrdə eşq dərdindədir.
Dağlara danışdım dağlar diz çökdü,
Deməli bu ürək gör nə gündədir.
Eşqinlə danışdım gözlər qan tökdü,
Qəddimi bir tək o vefasız bükdü.
Həyatda bu mənə ən ağır yükdür,
Qaldıra bilmədim qəlbim də çökdü.
Həsrətində gözlər birdə mən qaldım,
Sevgidən həyatda dərsimi aldım.
Elə vurdun ki sən yıxılıb qaldım,
Səni isə bəxtsizlər yanına atdım.
Ağlama Ürəyim
Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.
Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.
Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim ağlama daha.
Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim ağlama daha.
Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim ağlama daha.
Satlar tez ötdü dəyqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim ağlama daha.
Sevirəm İlk Eşqim Sevirəm Səni
Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.
Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.
Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.
Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Hardasan Göz Nurum,Hardasan İndi
Çıxıb uca dağa, baxdım sol sağa,
Dərdimi danışdım bir daşa dağa.
Gözüm het zillənib baxır yollara,
Hardasan göz nurum hardasan indi.
Bax gülüm solubdu canım dərdindən,
İnan heç bezmədim sənin sevgindən.
Məni ayrı salma o nur üzündən,
Hardasan göz nurum hardasan indi.
Taqətdə qalmıyıb dözməyir bu can,
Sən gəlmirsən onda mən gəlim dayan.
Məni təkcə anlayan duyan,
Hardasan göz nurum hardasan indi.
Bir duysam səsini bir il bəsimdi,
Sevginə bil möhtac mənim qəlbimdi.
Həsrətlə uzanan sənə əlimdi,
Hardasan göz nurum hardasan indi.
Qoyma həsrətindən yanam alışam,
Dərdimi danısşdım əridi bir şam.
Otağım qaranlıq nursuz qalmışam,
Hardasan göz nurum hardasan indi.
Artıq ürəyimdə dayanmır dərdə,
İşıqsız bir yerdə qəlbim əlində.
Ürək çox kiçikdi dözməz bu dərdə,
Hardasan göz nurum hardasan indi.
Nə olar bir səs ver səsimə mənim,
Bir sözun bəs edər yanına gəlim.
Ağlamaqdan daha bezib gözlərim,
hardasan göz nurum hardasan indi.
Daha yazmayacam ayrılıq sözün,
Yenə zillənəcək yollara gözüm.
Nursuzdu yolları bu gözüm,
Hardasan göz nurum hardasan indi.
Adını yazardım
Adını yazardım göy asimana,
Heyf, çatmır əlim mənim göylərə.
Yazsam adını çənə, dumana,
Tufan qopsa belə düşməz yerlərə.
Adını yazardım günəş hüsnünə,
Günəş istisiylə əridə bilməz.
Yazsaydım adını çəmən üstünə,
Şeh belə üstünə sərilə bilməz.
Adını yazardım uca dağlara,
Dağlar qoynunda bəslərdim onu.
Yazsaydım adını ötən çağlara,
"Heyf sən getdin" səslərdim onu.
Adını yazardım badi-səbaya,
Əfsus, elə olsa mən darıxardım.
Sevinərdim yalnız küləkli bir havaya,
Tutub üzünü doya-doya baxardım.
Adını yazardım mən şəlaləyə,
Əsrlər boyu axsa da apara bilməz.
Adını yazmışam mən bu ürəyə,
Heç bir şey adını qopara bilməz.
Nişan üzüyüm
Sən dostmu gəldin ömrümə mənim,
Sol əlimə qonaq gələnim
Ay mənim qəlbimə gedən yoluma,
Qəfil qonaq gələn nişan üzüyüm
Sən keçmişimin dərd ortağısan
Mənim bu günümün can sirdaşısan
Sən mənim yarıma sadiqliyimin
İlk nişan payısan nişan üzüyüm
Ömür yoldaşımın sevinc payısan
Gələcək günümün nur çırağısan
İsmətli gəlinlər yanında mənim
Başımın tacısan nişan üzüyüm
Sən qəmdən kədərdən uzaq olasan
Bütün dərd bəladan uzaq olasan
Dan ulduzu təki parlaq olasan
Məni xoşbəxt etsən nişan üzüyüm.
Gülüm
Gülüm, ürəyimə dəymə bu axşam,
Hər sözdən inciyib, qırıla bilər.
Küsər, bağışlamaz birdən ömürlük,
Çəkdiyi cəfadan yorula bilər.
Axı daşdan deyil, dəmirdən deyil,
Bilmirsən nə qədər çətindir ona.
Kədərə, qüssəyə salarsa meyil,
Ömrü əbədilik yetişər sona.
Yumruğum boydadı, nələrə dözür,
Dünyanın dərdi var içində vallah.
Elə hər kəs onu incidir, əzir,
Bu qədər əzabı götürməz Allah.
Səni düşünürəm
Gecədir sükuta qərq olub aləm,
Mənsə yatmamışam oyağam hələ.
Səni düşünürəm, səni anıram
Bir əldə kağızdır, bir əldə qələm.
Bu axşam düşmüsən yadıma yaman
Xəyalın gözümün qabağındadır.
Sanki sən getdiyin o, andan bəri
Gözlərim yolunun sorağındadır.
Düşünüb, anıram səni hər zaman
Düşür xatirələr yadıma mənim.
Yalnız xatirələr yetməyir mənə
Çatmayır onlarda dadıma mənim.
Səni düşünərək bir günüdə mən
Ötürdüm beləcə ömür payımdan.
Mən hələ oyağam səni bilmirəm
Bəlkədə yatmısan sən yatağında.
Mən səni sevirəm
Mənim qəlbimdə təkcə sənsən
Sən mənim bağımda qızıl gülümsən
Sevgilim gəl tənha qoyma məni
Mən səni sevirəm, sevirəm səni
Sənsiz həyatda dəli olaram
Sənsiz bu dünyada mən yaşamaram
Sən sevgi oxunla vurmusan məni
Mən səni sevirəm, sevirəm səni
Bilirsən niyə sevirəm düzü
Mən səni sevirəm üç kəlmə sözü
Demirsən sevgilim yıxırsan məni
Mən səni sevirəm, sevirəm səni
Sevginin atəşində yanan mən oldum
Heyva kimi saralıb, gül kimi soldum
Şair şeirində yada saldı səni
Mən səni sevirəm, sevirəm səni.
Mən deyilmiydim?
İlk dəfə sənə "sevirəm" deyən
Hər dərsdən sonra arxanca gələn
Sənə baxmaqçün dörd göz istəyən
O dəli aşiqin mən deyilmiydim?
Pərvanə yanmaqçün oda vuruldu
Bülbül gülü sevdi o da vuruldu
Qəlbim səni sevdi o da qırıldı
Qırıq qəlbin sahibi mən deyilmiydim?
Yox dedin puç oldu arzum,gümanım
Kiçik bir damlaya dönməz ümmanım
Sənin qəlbindədir sevgi ünvanım
O ünvanda qalan mən deyilmiydim?
Yox desəndə mən keçmərəm səndən
Bir bulaq olsan içmərəm səndən
Sən bezsəndə mən bezmərəm səndən
Səni sonsuz sevən mən deyilmiydim?
Səni görməkçün günləri sayan
Nə vaxt görürəm səni deyirlər oyan
Sənsiz ömrünə bıçaq dayanan
Sənsizlikdən ölən mən deyilmiydim?
Allahın hədiyyəsi
Səni ilk məhəllədə gördüyüm o gün
Dəyişdi həyatım, dəyişdi ömrüm
Göylərdən bir mələk enmiş gördüm
Düşündüm Allahım, yuxumu gördüyüm?
Sanki tutuldu ayaqlar, tutuldu dilim
Donub anındaca yerimdə qaldım
Gözlərim kilitləndi çəkə bilmədim
Düşündüm Allahım indi nə edim?
Sən demə göylərin fərmanıymış bu
Uzun illərimin arzusu, mələyiymiş bu
Sən demə Tanrımın, mənə hədiyyəsiymiş bu
Mənə yaşam verəcək, bir günəşmiş bu
Gördüm mənə doğru gəlir mələyim
Titrədi əlim, əsdi ayağım, açıldı dilim
Gözəllikdən ilham alıb dilləndi qəlbim
Ey Allahın gözəli, kimsən sən mələyim?
Həzin bir şirin səs gəldi qulağıma bu an
Tələbəyəm, müəlliməyəm ey gözəl insan
Soruşdum, sənə nə ad verib Yaradan?
Adım Tünzalədir, bəs sənin oğlan?
Mənsə özümü hələdə yuxuda sanırdım
Onun burulmuş saçlarına, gözlərinə baxırdım
Mələyin getməyiylə yuxudan ayıldım
Onu gül camalı ilə qəlbimə yazdım!
Dostum
Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.
Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?
Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki , dost deyilik biz?
Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı...
Bu yolla gizlədək gəl sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
"Dost"luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.
"Dost"luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı...
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı...
De!
Eşqi gizlətməyin nə mənası var?
Mələyim sən məni sevirsənsə de!
Unutma bu sözün bir amması var,
Sevgiyə ürəyini verirsənsə de!
Həsrətdə qalmağın nədir faydası?
Bu cürə sevməyin varmı qaydası?
Qəlbə düçar olub sevgi yarası,
Qəlbimin dərmanı, gəlirsənsə de!
Eşqi pünhan etmə qəlbə zərərdi,
Düşünmə məhəbbət heçdi hədərdi.
Eşqsiz bu dünya acı zəhərdi,
Eşqin şərbətini içirsənsə de.
Sən mənim günəşim, ay üzlü gülüm,
Özünə bu qədər gəl etmə zülüm.
Bihudə dolanmaq yetər sevgilim,
Sevirəm kəlməsin deyirsənsə de!
Ah yanıram mən
Dalıram xəyala fikirlərimlə
Xəyallarımda hey anıram mən.
Xatirəm qalıbdır, məhəbbət köçüb.
O gözəl günləri qısqanıram mən.
Qəlbimdə salmışdın bir sevgi bağı
Sən bir ağac idin, mənsə budağı
Bu imiş sevginin sönməz ocağı?
Məhv olub, bu yolda aldanıram mən.
Yalandan deyirdin bizimdir zəfər.
Əlinlə içirdin sevginə zəhər.
Verdiyim sevgidən görmədim bəhər.
Sevgim yalan idi, bil, danıram mən.
Məhəbbət var idi qəlbimdə sənə.
Gizlidə saxlasam olacaq yenə
Ölüm şərbətini içirtdin mənə
Başqa bir dünyaya yollanıram mən.
Bu acı, qəlbimi doğrayır əzir.
Allahım, sevənə yetir sən səbir.
O sevgim- ölüdür, ürəyim – qəbir.
Dəfn etdim sevgimi, ah, yanıram mən.
Məhəbbət
Sirri bilinməyən bu sehr nədir,
Niyə çıxmaq olmur cazibəsindən?
Nə tufan qoparır, nə haray çəkir,
Qulaqlar tutulur qəlbin səsindən!
Təriflər deyilir, sözlər qoşulur,
Dastan da yazılır hələ sevgiyə.
Bəzən ömrü olur, müddəti olur,
Onda nə ad verək belə sevgiyə?
Kimi Məcnun olub düşür çöllərə
Leylidən başqasın görmək istəmir.
Kimi aciz olub düşür dillərə
Sevginin yolunda ölmək istəmir.
Toruna düşərsə doğru yalanın,
Məhəbbət yarası dərində olar.
Yaranıb yaşamaq haqqı olanın
Həyatı kiminsə əlində olar!
Kimin ki, qəlbində Allah eşqi var,
Göylərə qaldırar məhəbbət onu.
Nə vaxt ki, sevginin sirri açılar,
Bəlkə də, ondadır dünyanın sonu...
Ya sən, ya heç kim!
Arzular qəlbimə sığmır, elə bil,
Özgə nə gəlir ki, mənim əlimdən?!
Bu dünya arzular dünyası deyil,
Qorxuram qaranlıq gələcəyimdən!
Bəxtinə səadət yazılmış kimin?
Xoşbəxtlik insandan uzaq olarmış!
Mən hardan biləydim bədbəxt eşqimin
Üstündə ayrılıq hədəfi varmış?!
Hissimi köçürsəm, alışar varaq,
Ya ürək dayanar sözə çevirsəm!
Sənin surətini yaradan Allah,
Mənim ürəyimə baxıb, deyəsən…
Çiçəklər içində çiçəyə dönsən,
Arayıb yerini taparam, inan.
Dönüb bir ulduza gecə görünsən,
Seçərəm gözünün parıltısından!
Bəlkə də, sən məndən uzaqsan deyə,
İndi ağlar qalıb o gülən eşqim!
Dönüb özüm üçün sirr olub niyə
Gözümdən qəlbimə süzülən eşqim!
Açılan sabaha ümidim azdı
Tək bircə günündən xəbərsiz olsam!
Özümə xoşbəxtlik arzulamazdım,
Ömür yollarında mən sənsiz olsam!..
Öl, ölə bilsən!
İstədim adını qəlbimdən silim
Ruhum fəryad çəkdi, titrədi əlim
Mən səni unuda bilmədim gülüm
Sən məni qəlbindən sil, silə bilsən
Tənhalıq sirdaşım oldu beləcə
Göz yaşım xatırlar səni hər gecə
Axar həzin-həzin, axar səssizcə
Sən mənə oxşama, gül, gülə bilsən
Öldü bu limanda bir dəniz eşqi
Unut bu sevgini, bu təmiz eşqi
Tez unut əzizim! Bu əziz eşqi
Daha başqasıyla böl, bölə bilsən
O gün ki, "əlvida" söylədin, öldüm
Məndən ayrıldığın həmin gün öldüm
Mən səni sevmişdim səninçün "öldüm"
Sən də sevdiyinçün öl, ölə bilsən
Bu gecə yuxumda səni görmüşəm
İlahi, gözümə inanmıram mən,
Bu gələn sevdiyim o qızmı görən?
Sarıldı boynuma öpdü üzümdən
Elə bil dünyaya təzə gəlmişəm
Baxdı gözlərimə, ruhum isindi,
Çəkildi buludlar, göy yerə endi.
Getdin, yaşamadım, ölmüşəm indi
Sevgilim, mən səni belə sevmişəm.
Gəlinlik donunda gəlmisən qonaq,
"Sus" dedin "Danışma, öp məni ancaq""
Ürəyim od tutub, ruhum yanacaq
Bu gecə yuxumda səni görmüşəm.
Gizli məhəbbətim
Sənsiz sevirəm sənsiz gülürəm
Qəlbim bir quruyan dənizdir axı
Səni özgəsindən ala bilmirəm
Məhəbbət hamıya əzizdir axı
Soruşma nədəndir ürəyimdə qəm
Bu mənim taleyə şikayətimdir
Bu mənim sevgilim bu mənim yarım
Bu mənim uğursuz məhəbbətimdir
İstərdim unudum səni əbədi
Nə yazıqki qəlbim yenə yox deyir
Qurtulmaq istədim eşq əzabından
Dil unut desə də qəlbim yox deyir
Qalmışam iki yol arasında mən
Biri unut deyir biri sev deyir
Nə sevə bilirəm nədə unuda
Beləcə sevdiyim bunu bilməyir.
Şübhə
Adını kağıza yaza bilmirəm,
Nə vaxtsa bir yerə atıla bilər.
Sənin şəkilini çəkə bilmirəm,
Görənlər hüsnünə vurula bilər.
Bu yazdığım misra qısqanclıq deyil,
Demirəm qarşımda qul kimi əyil.
Səni unutmağım, səni sevməyim,
Başıma bəlalar gətirə bilər.
İstəyirəm görəm səni hər zaman,
Narahat hisslərim verməyir aman.
"Sevirəm" sözünü dediyin o an,
Tanrı möcüzəsi sayıla bilər.
Bilmirəm! Bu sevgi, ya öyrəncədir,
Bu sirrin tərifi, deyin, necədir?
Təsəllim tək-tənha, yalqız gecədir,
Qorxuram hiss məni aldada bilər!!!
Əbədi sevgi
Dil deyə bilmir ürək sevəni,
Eşqin, məhəbbətin hökmünə bir bax.
Mən sevə bilmirəm məni sevəni,
Mənimsə sevdiyim sevir özgəni.
Uşaqlıq vaxtından sevirəm səni,
Səndə vəfalı ol unutma məni,
Ürəkdən deyirəm bu 4 kəlməni,
Əbədi olaraq sevirəm səni.
Mən şair deyiləm bağışla məni.
Mən ancaq yazıram könlüm deyəni
Bu qısa şeirlə xatırla məni
Hələlik, hələlik öpürəm səni!
Sevgi nağılı
Uzun illər öncə cavan olanda
Tanıdığım bir qıza vuruldum yaman
Bilirdim ki, canım, sevgilim idi
Bilmirdim ki, nağıl imiş o zaman.
Sən demə bu sevgi bir nağıl imiş
Mən özüm-özümü aldadırmışam
Bu sevgi ağlımı yamanca almış
Artıq bu sevgiylə lənətlənmişəm.
Bütün günü dalaşıb, biz barışırdıq
Səhərlər küsürdük, axşam sevişirdik
Heç kim mənə bu qədər dərd verməmişdi
Heç kim ürəyimə tez girməmişdi.
Bilmirəm nə etdim, ayrıldıq birdən
Soruşuram onu gələn-gedəndən
Lakin bir gözəl gün mən tapsam onu
Sonsuz və möhtəşəm olacaq sonu.
Sən demə bu sevgi bir nağıl imiş
Mən özüm-özümü aldadırmışam
Bu sevgi ağlımı yamanca almış
Artıq bu sevgiylə lənətlənmişəm.
Sən demə nağılmış bütün sevgilər
Çox ağır olsa da, bu həqiqətdir
İnsanın ağlını başından alır
Sevgi gör bizləri nə günə salır.